Pulsuz konsultasiya
Bizimlə əlaqə saxlayın, ehtiyacınıza uyğun xidməti birlikdə təyin edək.

Şirkət haqqında
Dəqiqlik, şəffaflıq və biznesinizdə itkilərin qarşısını alan müstəqil sayım və audit xidməti.
Revizor.az
Revizor.az – mağaza və anbar sahibləri üçün nəzərdə tutulmuş peşəkar reviziya və sayım xidmətidir. Bizim əsas məqsədimiz – biznesinizdə şəffaflıq yaratmaq, itkiləri minimuma endirmək və sizə dəqiq hesabatlarla dəstək olmaqdır.
Sayım və analiz xidmətlərimiz gecə saatlarında həyata keçirilir, nəticələr isə səhər saatlarında Excel formatında sizə təqdim olunur. Beləliklə, gündüz iş prosesinizə mane olmadan obyektinizdə tam nəzarət və rahatlıq təmin edilir.
Bizimlə əlaqə saxlayın, ehtiyacınıza uyğun xidməti birlikdə təyin edək.
Təcrübəli revizorlarımızla obyektiv və dəqiq sayım aparılır.
Məlumatlarınız və nəticələriniz tam məxfiliklə qorunur.
Xidmətlərimiz keyfiyyətli və münasib büdcəli şəkildə təqdim olunur.

Revizor.az komandası – təcrübə, dəqiqlik və etibarlılıqla seçilir. Biz mağaza və anbar sahiblərinin ehtiyaclarına uyğun, obyektiv və şəffaf sayım xidməti göstəririk.
Komandamız əməkdaşlıq etdiyi hər bir obyektə xüsusi yanaşır, nəticələri analiz edir və rəhbərlik üçün real hesabatlar təqdim edir.
Dəyərlərimiz və yanaşmamız
Revizor.az-ın əsas fəaliyyət prinsipləri, xidmət modeli və korporativ missiyası.
Revizor.az dəqiq nəticə, tam məxfi yanaşma və sürətli hesabatlar təqdim edir. Biz gecə saatlarında belə fəaliyyət göstəririk və işinizə mane olmuruq.
Sadə sayım, baza ilə müqayisə və analizli xidmətlər təklif edirik. Hər paket fərqli ehtiyaclara uyğundur.
Missiyamız – müəssisələrdə şəffaf uçot və nəzarəti təmin etməkdir. Vizyonumuz – Azərbaycanda sayım sahəsində etibarlı liderə çevrilməkdir.
Bizimlə əməkdaşlıq edərək, dəqiq sayım və analiz nəticəsində işinizi daha səmərəli idarə edin!