Revizor.az komandası

FAQ

Sayım haqqında tez-tez verilən suallar

Tez-tez yaranan sualların cavabı.

Sayım barədə suallar və cavablar

01Sayım nə qədər vaxt aparır?

Sayımın müddəti obyektin ölçüsündən və məhsul çeşidindən asılı olaraq dəyişir. Kiçik mağazalar üçün 2–4 saat, böyük anbarlar üçün isə bir neçə saat və ya gecə ərzində tamamlana bilər.

02Sayım hansı saatlarda aparılır?

Sayım adətən gecə saatlarında – mağaza və ya anbar bağlandıqdan sonra həyata keçirilir. Bu, gündəlik iş prosesinə mane olmamağımızı təmin edir.

03Əməkdaşlarımız sayım zamanı orada olmalıdır?

Sayım tam olaraq bizim komandamız tərəfindən həyata keçirilir. Müştərinin iştirakı və ya nəzarəti tələb oluna bilər və məsləhət görülür.

04Sayım zamanı məhsullara zərər dəyirmi?

Xeyr. Əməkdaşlarımız təlim keçmişdir və məhsullara zərər vermədən çalışırlar.

05Sayım zamanı kameralarla qeydə alma aparılır?

Əgər müştəri istəyərsə, prosesi video ilə sənədləşdirmək mümkündür. Əlavə xidmət kimi təqdim olunur.

06Təcili sayım mümkündürmü?

Bəli, təcili sayım xidmətimiz var. Əlaqə saxlayaraq yaxın tarixə qeydiyyatdan keçə bilərsiniz.

07Sizinlə müqavilə bağlanır?

Bəli. Müştərinin istəyindən asılı olaraq rəsmi xidmət müqaviləsi təqdim olunur.

08Xidmət sifarişi üçün necə müraciət edə bilərəm?

Sayt üzərindən formanı dolduraraq, WhatsApp və ya telefon vasitəsilə bizimlə əlaqə saxlaya bilərsiniz.

09Sayım nəticələri necə təqdim olunur?

Nəticələr Excel formatında, strukturlaşdırılmış və aydın formada səhər saatlarında təqdim olunur.

10Məlumatlarımın konfidensiallığı qorunurmu?

Bəli. Bütün məlumatlar tam məxfi saxlanılır və üçüncü şəxslərlə paylaşılmır.

11Qiymət necə hesablanır?

Qiymət obyektin ölçüsünə, məhsul sayına və seçilən xidmət paketinə əsasən formalaşır. Əlavə məlumat üçün bizimlə əlaqə saxlayın.

12Sayım zamanı sistem bazası ilə müqayisə aparılırmı?

Baza ilə müqayisə Premium və Premium Pro paketlərinə daxildir. Sadə sayım paketi məhsulların fiziki sayımına yönəlib.

13Nəticələrdə fərqlər olarsa, siz analiz edirsiniz?

Bəli, Premium paket seçildikdə biz fərqlərin səbəblərini analiz edirik və tövsiyələr təqdim edirik.

14Hesabatda nə əks olunur?

Hesabatda məhsulun adı, kodu, sayımı, sistemdəki göstəricisi və fərq (əgər varsa) detallı şəkildə göstərilir.

15Sayım üçün proqram təminatınız var?

Bəli, biz öz proqram təminatımızla işləyirik və nəticələri strukturlaşdırılmış şəkildə təqdim edirik.

16Nəticələrin düzgünlüyünə necə əmin ola bilərəm?

Komandamız hər bir mərhələni ikiqat yoxlayır, sayım prosesi strukturlaşdırılmış metodologiya ilə aparılır.

17Yalnız mağazalarda işləyirsiniz, yoxsa anbarlarda da?

Bəli, həm mağazalarda, həm də anbarlarda və müxtəlif ölçülü obyektlərdə xidmət göstəririk.

Sualınızın cavabını tapmadınız?

Obyektin ölçüsü, tarix, xidmət paketi və hesabat formatı barədə birbaşa mütəxəssisimizlə dəqiqləşdirə bilərsiniz.

MəxfiMəlumatlar tam qorunur və üçüncü tərəflərə ötürülmür
ÇevikGecə saatlarında və iş prosesinizə mane olmadan
AydınExcel və PDF formatında rəhbərlik üçün hazır hesabatlar
Audit və İnventarizasiya

Biznesinizdə itkiləri azaldın və inventarizasiyanı peşəkarlara həvalə edin!

Bizimlə əməkdaşlıq edərək, dəqiq sayım və analiz nəticəsində işinizi daha səmərəli idarə edin!