Müştəri rəyləri

Biz sifarişlərinizin sağlam və vaxtında çatdırılmasını təmin edirik. Saytımız vasitəsilə ödənişləri onlayn formada həyata keçirə bilərsiniz.
Müştərilərimizin rəyləri bizim üçün çox dəyərlidir. Təklif olunan tövsiyələr nəzərə alınır və əksər tövsiyələr artıq tətbiq olunur.
Xidmətimizdən istifadə və rəyinizə görə təşəkkür edirik. Qeyd etmək istərdik ki, saytımızda vulqar sözlərin istifadəsi qadağandır. Qaydalara riayət olunmadığı halda yazdığınız şərh silinir və müştəri bazamızdan çıxarılır.
Ümid edirik ki, göstərdiyimiz xidmətlər sizdə xoş təəssürat buraxacaq.
Sayım prosesi çox peşəkar və səssiz həyata keçirildi. Əməkdaşlar nəzakətli idi, səhər hesabatı çox detallı və aydın oldu. Məmnun qaldıq.
Aytac x. – Brend Menecer
Mağaza: Qadın geyimləri mağazası,
Gənclik Mall
Gözləntilərimizi tam qarşılayan bir xidmət aldıq. Hər şey vaxtında, sistemli və aydın idi. Regiona gəlməyiniz ayrıca dəyərlidir.
Elçin b. – Sahibkar
Mağaza: Kişi geyimləri mağazası,
Sumqayıt
Gecə sayımı bizə çox rahat oldu. Gündüz işə mane olmadan hər şey tamamlandı. İtki faizini aşağı salmağa kömək etdiniz.
Rəna x. – Administrator
Mağaza: Uşaq geyimləri mağazası,
İnşaatçılar
3 filialda eyni anda sayım təşkil olundu. Komanda tam zamanında gəldi və nəticələr bizi qane etdi. Çatışmazlıq səbəblərini də göstərdilər!
Kamal b. – Brend Menecer
Mağaza: Aksesuar və bəzək mağazası,
İçərişəhər
Sayım nəticələri bizim sistemlə müqayisə olundu və fərqlər hesabatda aydın göstərildi. Tövsiyələrinizi tətbiq etdik – effektiv oldu.
Nigar x. – Administrator
Mağaza: Ayaqqabı mağazası, 28 May
Əvvəlki sayımlarla müqayisədə bu dəfə daha dəqiq və sürətli oldu. Komandaya təşəkkür edirəm. Excel hesabatı mühasibatlıq üçün çox uyğun idi.
Sahib b. – Sahibkar
Mağaza: Ev tekstili və dəri məhsulları,
Nərimanov
Əməkdaşlarınızın peşəkar yanaşması məni heyran etdi. Bizə çatışmayan məhsulları aşkar etdiniz və bunun səbəblərini də analiz etdiniz. Əla!
Lətafət x. – Brend Menecer
Mağaza: Kosmetika və parfümeriya
mağazası, Sahil
Sayım prosesi həm texniki, həm də etik baxımdan yüksək səviyyədə idi. Tövsiyə edirəm – xüsusən də geniş çeşidli mağazalar üçün.
Fərid b. – Administrator
Mağaza: Telefon və aksesuar
mağazası, Masazır